Aydındır ki, Azərbaycan sülhə hazırdır və bunun əsas təşəbbüskarıdır. Ölkə Prezidentinin istənilən çıxışında Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyat keçirmək niyyətində olmadığına dair təminatlar mövcuddur və İrəvanda hələ də sülhə hazır olub-olmamaq barədə müzakirələr aparılır. Heç bir dövlət sərhədə çoxlu sayda qoşun toplasa belə, başqa dövlətə qarşı hərbi əməliyyat elan etmir. Amma əsas məsələ bu deyil.
Məsələ Ermənistanın bir nömrəli siyasi kürsüsündə olanların problemin fərqli istiqamətdən həllinin mümkünlüyü xəyalına qapılmalarına işarə edir. Sülh müqaviləsinin imzalanması o demək deyil ki, Ermənistan sülhə hazırdır. Əslində heç bir müqavilə özlüyündə sülhə sadiqlik deyil, xüsusən də vəziyyətin ən yumşaq təsvirinin “qarışıqlıq” olduğu bir dünyada bu belədir. Dünya nizamı isə müqavilələrlə deyil, qüvvələr balansı və vədlərlə müəyyən edilir. Müqavilələr müşayiətedici amillər olur, buna görə də keyfiyyətcə və məzmunca mövcud qüvvələr nisbətinə uyğun gələn qədər işləyirlər.
Əgər müqavilə imzalanırsa, lakin 10 Noyabr bəyanatında olduğu kimi vədlər təmin olunmursa, o zaman müqavilə sadəcə hər an, hətta ötüb keçən küləklə də cırıla bilən kağız parçasına çevrilir. Ermənistan baş naziri və digər rəsmi şəxslər səviyyəsində verilən bəyanatlara əsasən, İrəvanın məhz bu problemi var. Ona görə də ən azı qismən həll halında o, istənilən sənədin icra olunmamasına gedə, yuxarıda qeyd olunduğu kimi, bunu təşəbbüskarı olduğu halda guya Azərbaycanın istəməməsi kimi təqdim edə bilər. Lakin bu kimi fəaliyyətlər sülhə hazır olmaqdan daha çox müharibəyə hazırlığa şahidlik edəcək. Təbii ki, rəsmi Bakı İrəvana fürsət verməmək üçün vacib qeydlərin edilməsində israrlıdır və İrəvan rəsmi səviyyədə “əşyaları öz adı ilə çağırmaq”dan çəkinir, ancaq görünən odur ki, vəziyyət əsaslı şəkildə dəyişmir və daha da dərinləşir.
Bu baxımdan, İrəvanın istər-istəməz bu və ya digər dövlət qurumunun, xüsusən də bir nömrəli siyasi qurumun nümayəndələri səviyyəsində bənzər bəyanatlar verməsi daha təhlükəlidir. Bu bəyanatlar isə Azərbaycana növbəti dəfə legitimliyi təmin etməkdən başqa bir yol qoymur.
Aqil Məmmədov
Ordu.az